Yuxarı
loading...
loading...

Gömrükçülər külli miqdarda qaçaqmal aşkarladı

14.05.2018 13:56 Oxunma sayı: 1462


Balakən sərhəd keçid məntəqəsində "Mersedes Benz” markalı nəqliyyat vasitəsi saxlanıb və onda külli miqdarda dekorativ şamlar və aksesuarlar aşkar edilib.

Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat mərkəzindən məlumat verilib. Məlumata əsasən, Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsininin əməkdaşları Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə baxış keçiriblər.
Yoxlama zamanı yük yerindən gömrük orqanlarına bəyan edilməyən 300 ədəd üzərində "Paşabahçe" markalanma yazısı olan şüşələrdə qablaşdırılmış dekorativ şamlar, 24 ədəd "Paşabahçe Zeyna" markalanma yazısı olan dekorativ şamlar və 6 ədəd sellofan paketdə qablaşdırılmış 360 ədəd çilçıraqdan əlavə asılması üçün nəzərdə tutulan aksesuarlar aşkar olunub.


loading...