Yuxarı
loading...
loading...

İsrailə nota verildi

14.05.2018 12:28 Oxunma sayı: 1484


İordaniyanın hökumət sözçüsü Məhəmməd əl-Mumeni radikal yəhudi qrupların Əqsa məscidinə təşkil etdikləri basqına görə İsrailə nota verdiklərini açıqlayıb.

Sözçü etiraz notasının İsrail Xarici İşlər Nazirliyinə göndərildiyini bildirib.

"Notada bu cür fəaliyyətləri qınadığımızı yazmışıq və İsraili buna dərhal son qoymağa çağırmışıq", - sözçü deyib.

Qeyd edək ki, bu gün yüzlərlə radikal yəhudi Əqsa məscidinə basqın edib.


loading...