Yuxarı
loading...
loading...

İtkin düşmüş alpinistlər “Whatsapp”dan necə çıxa bilərlər?

11.05.2018 18:18 Oxunma sayı: 1415


Dekabrda itkin düşən alpinistlər – Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadənin eyni gündə "Whatsapp” qrupundan çıxdığı görülüb.
 
Bunu itkin düşən alpinistlərdən olan Baburun yaxın dostu, tanınmış aparıcı Cəlalə Nəzəroğlu "Facebook” statusunda qeyd edib. Onun sözlərinə görə, itkin alpinistlərin hər üçünün aprelin 25-də "Whatsapp” qrupundan çıxdığı görülüb.
 
 
Məsələnin texniki izahını verən İKT Mərkəzinin direktoru Fərid Kazımov açıqlamasında bildirib ki, bu sırf telefonla və nömrə ilə bağlı məsələdir:
 
"Telefonda nömrə dəyişsə belə, "Whatsapp” işləyə bilər. Bu nöqteyi nəzərdən, ola bilər ki, kimsə onların telefonlarını tapıb. Yaxud da, həmin nömrənin yenisi çıxarılıb istifadə edilə bilər. Elə xidmətlər var ki, ondan uzun müddət istifadə etməyəndə birbaşa həmin şəxs çıxarılır. Lakin "Whatsapp” uzun müddət ondan istifadə etməyən şəxsləri birbaşa qrupdan çıxarda bilməz. Ola bilər ki, baş verən hadisə proqramın nasazlığı ilə bağlı olsun. Texniki hər bir şey başa verə bilər. Hər halda, bu, qəliz məsələdir. Necə olduğunu heç cür dəqiq deyə bilmərik”.
 
Qeyd edək ki, "Gilavar” Hava və Ekstrem İdman Klubunun üzvü olan 3 nəfər dekabrın 23-də Xınalıqdan Tufandağ istiqamətinə yollanıb. Dekabrın 26-da qayıtmalı olan alpinistlərdən məlumat almaq mümkün olmayıb.
 
İdmançıların yaxınları bildiriblər ki, Şahyaylaq – Mahmuddərə marşrutu üzrə hərəkət edərkən onlarla əlaqə kəsilib.

loading...