Yuxarı
loading...
loading...

Zakir Qaralov xüsusi göstəriş verdi – İntihar edən qadının qəbri açıldı

10.05.2018 21:40 Oxunma sayı: 1536


Baş prokuror Zakir Qaralov Oğuzda 3 ay əvvəl baş vermiş intihar hadisəsinin araşdırılması barədə xüsusi göstəriş verib.

Yanvarın 28-i saat 20.00 radələrində Oğuz rayonu Bayan kənd sakini, 1991-ci il təvəllüdlü Qəribə Allahverdi qızı Mikayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsində asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

Faktla bağlı həmin tarixdə Oğuz rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Q. Mikayılovanın atası qızının intihar deyil, qətlə yetirilməsinə dair şübhələri olduğundan hadisənin yenidən araşdırılması xahişi ilə Baş prokurora müraciət ünvanlayıb.

Baş prokuror müraciətin dərhal araşdırılması barədə tapşırıq verib. Həmin tapşırıq əsasında prokurorluq əməkdaşları məhkəmənin müvafiq qərarı əsasında məhkəmə tibbi eksperti və qohumların iştirakı ilə qəbir açılıb və meyitdən nümunələr götürülüb.

İş üzrə təyin edilmiş ekspertizanın rəyindən sonra ölümün dəqiq səbəbləri məlum olacaq.


loading...