Yuxarı
loading...
loading...

Nazirlik körpələr evi ilə bağlı araşdırmaya başladı

08.05.2018 16:16 Oxunma sayı: 1486


Səhiyyə Nazirliyi 1 saylı körpələr evindən ərzaq oğurluğu ilə bağlı ittihamlardan sonra araşdırmalara başlayıb.

Bu barədə  nazirliyin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib.

S.Əhmədova deyib ki, araşdırma gedən müddətdə körpələr evinin direktoru Nəhayət Əliyeva müvəqqəti işindən kənarlaşdırılıb.

Qeyd edək ki, müğənni Rəqsanə İsmayılovanın qızı sosial şəbəkələrdə video paylaşaraq körpələr evindən ərzaq daşındığını iddia etmişdi. Hadisədən dərhal sonra nazirlik araşdırmalara başlayıb. “Direktor işdən çıxarılmayıb, sadəcə olaraq araşdırma müddətində işdən kənarlaşdırılıb”.

N.Əliyevanın səlahiyyətlərini müvəqqəti olaraq müavini icra edir.


loading...