Yuxarı
loading...
loading...

Fuad Poladovu yad edən aktyora... Azdramda QALMAQAL

07.05.2018 12:36 Oxunma sayı: 1478


Mayın 5-də, aktyor Fuad Poladovun dəfn günündə, “Şah Qacar” tamaşasından sonra Akademik Milli Dram teatrında qalmaqal yaşanıb.

Teatrdan adının açıqlanmasını istəməyən şəxsin verdiyi məlumata görə, gərginlik tamaşadan sonra təzimə çıxan aktyorlardan birinin Fuad Poladovu xatırlaması və onun xatirəsinə tamaşaçılardan bir dəqiqəlik sükut xahiş etməsindən sonra yaşanıb.

Teatr rəhbərliyi aktyoru çağıraraq, ona xüsusi xəbərdarlıq edib.

Qeyd edək ki, “Şah Qacar” mərhum aktyor Fuad Poladovun baş qəhrəmanı oynadığı tamaşalardan biridir. İndi Qacar rolunda Akademik Milli Dram Teatrının aktyoru Abbas Qəhrəmanov çıxış edir.

Teatr məsələ ilə bağlı açıqlama vermək istəməyib.


loading...