Yuxarı
loading...
loading...

Çimərliklər açıldı

07.05.2018 12:13 Oxunma sayı: 1539


Artıq bir neçə gündür ki, Bakıda və Sumqayıtda bəzi çimərliklər havaların isinməsi ilə əlaqədar qapılarını müştərilərinin üzünə açıb.

Hövsan çimərliyinin yaxınlığında fəaliyyət göstərən bəzi ictimai iaşə obyektləri müştərilərin rahat istirahəti üçün obyektlərdə təmir-bərpa, eləcə də təmizlik işləri həyata keçiriblər.

Novxanı çirməliyində isə böyükdən tutmuş uşaqlara kimi, hər kəs havanın isti keçməsindən faydalanıb, dənizin keyfini çıxarır.

Çimərlik mərkəzlərindən bildirilib ki, bu mövsümdə giriş vətəndaşlar üçün pulsuz olacaq. Bura gələnlər sadəcə xidmət haqqı ödəyəcəklər.

Qeyd edək ki, artıq Novxanı çimərliyi ərazisində Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri ıstırahət zonası ərazisini nəzarətdə saxlayırlar.


loading...