Yuxarı
loading...
loading...

Zorladığı iddia edilən qızlarla bağlı yeni TƏFƏRRÜATLAR

07.05.2018 10:24 Oxunma sayı: 1434


Bir müddət əvvəl Bakıda Ramil Talıbov adlı falçının tələbə qızları zorlaması ilə bağlı məlumatlar dərc etmişdik. Məsələ böyük qalmaqala səbəb olmuş, ictimaiyyətdə, mətbuatda və mediada geniş müzakirə edilmişdi.

Xatırladaq ki, mətbuatda məlumat dərc edildikdən sonra zorlandığını iddia edən tələbə qızlar və falçı Ramil Talıbov ATV-nin efirində üz-üzə gəlib. Qızlar zorlandıqları haqda ittihamlar səsləndirib, qarşı tərəf isə bu ittihamlarla razı olmadığını deyib. Qarşı tərəfin sözlərinə görə, qızlar ona böhtan atır. Canlı yayım zamanı qızlardan biri – Ə.A. falçını cəzalandırmaq üçün bu addımı atdığını deyib.

Qeyd edək ki, efir vasitəsi ilə Ə.A-nın falçı ilə birgə restoranda yeyib-içdikləri zaman çəkilən fotoları yayılıb. Bu da ayrıca olaraq müzakirə obyektinə çevrilib, olayla bağlı hələ də qaranlıq qalan detalların olduğunu sübut edib.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə “Yeni Müsavat”a müraciət edərək bildirib ki, Ə.A. və onun anası, dayısı indi də onu şantaj etməyə başlayıb: “Zorlanma məsələsi ilə bağlı həmin iki tələbə qızı, ümumiyyətlə, tanımırdım. Yalnız sizin ”Yeni Müsavat”ın əməkdaşları mənə zəng vurub bildirdilər ki, qızların yardıma ehtiyacı var (Xatırladaq ki, zorlanma ilə bağlı ilk yazı dərc edildiyi zaman “Yeni Müsavat”ın əməkdaşı olaraq, həm hüquq-mühafizə orqanlarına, həm də “Təmiz Dünya” təşkilatına məlumat vermişdik – X.G.). Bunun üçün mən təşkilatımızın psixoloq və hüquqşünasına göstəriş verdim. Sözün düzü, həmin qızlarla ünsiyyətdə olmadım. Hüquqşünas və psixoloq əməkdaşımızın gözləməsinə baxmayaraq qızlardan biri yalnız bir gün sonra təşkilatımıza müraciət edərək bildirdi ki, qaldığı evdən qovulub, əşyaları da həmin evdə qalıb, qalmağa yeri yoxdur. Həmin zaman da ona bildirdim ki, çalışmaq lazımdır ki, istintaq prosesində məsələlər ictimailəşməsin, oxuduğu universitetdə problemlər yaşamasın. Onda həmin qız iki gün bizim təşkilatımızda qaldı. Bu müddətdə sığınacaqdan səhər çıxıb, axşam geri dönürdü. Hətta ona bu haqda xəbərdarlıq etdik ki, sığınacaqda bu cür rejimlə qalmaq olmaz. Bir neçə gün sonra məni televiziya verilişinə dəvət etdilər. Dedilər ki, veriliş qızlarla bağlı olacaq. Bu zaman artıq qızın falçı deyilən şəxslə olan fotoları ictimailəşmişdi. Qız da həyəcanla bildirdi ki, onun izni olmadan şəkilləri yayılıb. Mən də anlatdım ki, ola bilsin qarşı tərəf özünü hər hansı formada müdafiə etmək üçün şəkilləri efirə təqdim edib. Qeyd etdim ki, buna görə Daxili İşlər Nazilriyinə, o cümlədən 102 qaynar xidmətinə müraciət edə bilər. Verilişə çıxdığı zaman fasilədə qızlardan biri bildirdi ki, hətta üzü bağlı deyil, tam açıq şəkildə efirə çıxmaq istəyir. Mən isə bildirdim ki, buna tələsmək olmaz. Qızların verilişə necə, kimin vasitəsi ilə getməsindən xəbərsizəm. İndi isə qızın valideynləri, dayısı mənə zəgn edib şantaj edirlər ki, guya mən qızlardan tələb etmişəm ki, bu məsələ ictimailəşsin. Halbuki, mən gələnə qədər məsələ artıq tamamilə ictimailəşmişdi, efirlərdə onların vidoe görüntüləri yayımlanmışdı”.

Mehriban Zeynalova ile ilgili görsel sonucu

Mehriban Zeynalova zorlanma olayının çox qarışıq məsələ olduğunu diqqətə çatdırdı: “Ümumiyyətlə, sonuncu açıqlamamda da qeyd etmişdim ki, psixoloqumuz qızlar haqqında rəy verməyənə qədər mən bu məsələ haqqında dəqiq cavab verə bilmərəm. Əgər psixoloq doğrudan da rəy versə ki, qızlar travma alıb, onlar bu cür hadisəni yaşayıblar, mən nəsə deyə bilərdim. Lakin qeyd edim ki, Ə.A. bizim sığınacaqda qalarkən sakinlərlə xoş əhval-ruhiyyədə olurdu, deyib-gülürdü, onda travma almış görüntü yox idi”.

Təşkilat rəhbəri qeyd edib ki, qızların hadisə baş verən zamanı deyil, yalnız iki aydan sonra hüquq-mühafizə orqanlarına müraciət etməsi də anlaşılan deyil: “Əgər zorlanma haqqında həmən məlumat verilərdisə, məsələ anındaca sübuta yetirilə bilərdi. Lakin hadisənin üstündən 2 ay keçib, üstəlik başqa iddialar ortaya çıxıb. Məsələni müzakirə edən şəxslərdə belə bir sual ortaya çıxır, ”əgər bu qızlarda bu cür efirə, mətbuata çıxmaq kimi cəsarət var idisə, həmin hadisə baş verəndə niyə hüquq-mühafizə orqanlarına müraicət etməyiblər?” Əgər zorlanmışdılarsa, bu cür cəsarətlə dərhal müraciət edə bilərdilər. Şantaj yolu ilə kimisə həbsxanaya saldırmaq olmaz. Bu cür metod yanlışdır. Qeyd edim ki, əgər qızlar və valideynləri mənim nüfuzuma zərər yetirmək və ya böhtanlarına davam edərləsə, bu haqda cinayət işi başladacam”.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışdıq. Lakin telefon zənglərimiz cavabsız qaldı.

Xatırladaq ki, aprelin 18-də iki tələbə qız redaksiyamıza müraciət edərək bildirmişdilər ki, özünü Seyid Mirseymur kimi təqdim edən Ramil Talıbov “İnstagram” vasitəsi ilə tanış olduğu qızları fala baxmaq adı ilə aldadaraq, onlarla intim əlaqədə olub. Adlarını açıqlamadığımız gənc qızların iddialarında o da yer alır ki, “falçı Mirseymur”un əməllərinin qurbanı olan gənc qızların sayı 40-dan çoxdur. Bu mövzu ictimailəşdirildikdən sonra hüquq-mühafizə orqanları operativ araşdırmaya başlayıb. Ramil Talıbov məsələ ilə bağlı Yasamal RPİ-nin 29-cu Polis Bölməsi tərəfindən saxlanılmış, bir gün sonra isə sərbəst buraxılmışdı.


loading...