Yuxarı
loading...
loading...

Formula 1-də sıralama turunun ilk dəqiqələrində hadisə FOTOLAR

28.04.2018 18:04 Oxunma sayı: 1650


Bakıda Formula 1 pilotlarının sıralama turu başlayıb.

Sıralama turunun ele ilk dəqiqəsində"Haas" komandasının pilotu Romen Qrojanın bolidinin mühərrikində problem yaranıb. Nəticədə bolid trassdan evakuasiya olunub, Romen Qrojan isə sıralama turunu başlamadan, bitirib.

Məlumat üçün bildirək ki, sıralama turunda "Mercedes" komandasının heyətində Lyuis Hemilton və Valtteri Bottas, "Ferrari"də Sebastian Fettel, Kimi Raykonnen, "Williams"ın heyətində Sergey Sirotkin və Lens Stroll yarışırlar. "Red Bull Racing" komandasında Daniel Rikkardo, Maks Ferstappen, "Force India"da Esteban Okon və Serxio Peres, "Renault"da isə Niko Hülkenberq ilə Karlos Sayns mübarizə aparırlar. Bundan başqa, "Toro Rosso"nun heyətində Brendon Hartli və Pyer Qasli, "Sauber"də Markus Eriksson, Şarl Lekler, "McLaren"də Fernando Alonso və Stoffel Vandorn yürüşdə iştirak edirlər. Pilotlar Romen Qrojan və Kevin Maqnussen isə "Haas" komandalarının idman şərəfini qoruyurlar.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur.

Xatırladaq ki, aprelin 27-də Bakıda 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran Prisi başlayıb. Aprelin 29-da isə qalib müəyyənləşəcək.

 

 
 
 
 
 
 

 


loading...