Yuxarı
loading...
loading...

Formula 1-də almaniyalı pilot cərimələnəcək

28.04.2018 17:57 Oxunma sayı: 1620


“Renault” komandasının sürücüsü Niko Hülkenberq “Formula-1” üzrə Azərbaycan Qran-prisində cəriməyə məruz qalacaq.

Almaniyalı pilot yarış günü start düzülüşündə beş mövqe itirəcək.

Buna səbəb üçüncü sərbəst yürüş zamanı problemlə üzləşən Hülkenberqin bolidinin ötürücü qutusunun dəyişdirilməsidir. “Formula-1”in texniki reqlamentinə əsasən, bu cür hallar üçün cərimə nəzərdə tutulub.


loading...