Yuxarı
loading...
loading...

Formula 1 pilotlar sonuncu sərbəst yürüşə start veriblər

28.04.2018 14:33 Oxunma sayı: 1738


Bakıda 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran Prisi davam edir.

Yarışın ikinci günündə Formula 1 pilotlarının üçüncü sərbəst yürüşü başlayıb.

Bu gün, həmçinin Formula 1 sinfində təsnifat mərhələsi keçiriləcək. Nəticədə sabahkı əsas yarışda pilotların sıra düzülüşü müəyyənləşəcək.

Aprelin 29-da Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.


loading...