Yuxarı
loading...
loading...

Formula 2-nin ilk yarışının qalibi: "Sabah mübarizə daha gərgin keçəcək"

28.04.2018 15:20 Oxunma sayı: 2083


2018 Azərbaycan Qran Prisinin ikinci günündə FİA Formula 2 sinfində keçirilmiş ilk yarışın qalibi "DAMS" komandasının tailandlı pilotu Aleksandr Albon jurnalistlərin qarşısına çıxıb.

Qalib pilot bildirib ki, yarış gərgin keçib:

"Mən yarışa hazır idim. Bakı məni məyus etmədi və mən finişə birinci çatmağı bacardım. Bəzi anlarda yolda avtomobillərin sıxlığı yarandı. Yarış zamanı bəzi pilotlar səhvlərə yol verdilər və bu da hərəkətə çətinlik yaratdı. Sabah mübarizə daha gərginn keçəcək. Havanın küləkli olacağını da nəzər alaraq diqqətli olmaq lazımdır. Küləkli havada vəziyyəti düzgün qiymətləndirməli və sürətə dəqiq nəzarət etməliyik". 

Yarışda ikinci olmuş "ART Grand Prix"in böyük britaniyalı pilotu Cek Aitken isə qeyd edib ki, o, ilk dəfədir ki, Bakıda yarışda iştirak edir: "Əlbəttə, mübarizə gərgin idi və bu gün xeyli qəzalar baş verdi. Lakin sabah havanın da küləkli olacağını nəzərə alaraq daha diqqətli olmalıyıq. Həm də sabah iştirakçılar qalib gəlmək üçün daha gərgin mübariz aparacaqlar".  

Bakıda Formula 2 yarışlarının ilk günündə 3-cü nəticə göstərmiş "Charouz Racing System"in italiyalı pilotu Antonio Fuoko isə deyib ki, yarışda qəzaların çox olması onu qorxudur: "Yarışlar yaxşı və gərgin keçdi, ancaq qəzalar çox oldu. Bir tərəfdən yer tutduğuma görə sevinirəm, ancaq qəzaların çox olması yaxşı hal deyil. Sabahkı yarışda isə daha diqqətli olmalıyıq".

Xatırladaq ki, bu gün qəzaların bol olduğu Formula 2 yarışında 20 pilotdan cəmi 13-ü finişə çata bilib. Pilotların 7-si isə yarışa erkən vida etməli olub. 

Qeyd edək ki, pilotlar sabah 2-ci yarışa çıxacaqlar. 


loading...