Yuxarı
loading...
loading...

Formula 2-də ilk yarış başa çatdı - 7 pilot yarışla vidalaşdı- SIYAHI

28.04.2018 13:34 Oxunma sayı: 1546


2018 Azərbaycan Qran Prisinin ikinci günündə FİA Formula 2 sinfində ilk yarış keçirilib. 

Qəzaların bol olduğu yarışda cəmi 13 pilot finişə çata bilib. Pilotların 7-si isə yarışa erkən vida etməli olub. 

Onlar "Campos Vexatec Racing" komandasının pilotları - italiyalı Luka Giotto və israilli Roy Nisani, "BWT Arden" komandasının almaniyalı pilotu Maksimilian Günter, "RUSSIAN TİME"dan rusiyalı Artyom Markelov, "PERTAMINA PREMA Theodore Racing"dən niderlandlı Nik de Vries, "Charouz Racing System"dən isveçrəli Lui Deletras, "Trident"dən hindistanlı Arcun Maini olub. 

Yarışın qalibi isə "DAMS" komandasının tailandlı pilotu Aleksandr Albon olub. O, 1 saat 3 dəqiqə 41 saniyə göstərici ilə rəqiblərini qabaqlayıb. Yarışda ikinci yeri "ART Grand Prix"dən böyük britaniyalı Cek Aitken tutub. Üçüncü yerdə "Charouz Racing System"dən italiyalı Antonio Fuoko gəlib.


loading...