Yuxarı
loading...
loading...

Formula 2 yarışı qəzalarla yadda qalıb- FOTOLAR

28.04.2018 13:05 Oxunma sayı: 2645


Bakıda FIA Formula 2 sinfində pilotların birinci yarışı davam edir.

10 komandanı təmsil edən 20 pilot Bakı Şəhər Halqasında bir saat ərzində 29 dövrə vuraraq ən sürətli avtoyürüşçünü müəyyənləşdirəcəklər.

Aprelin 29-da isə 21 dövrədən ibarət ikinci yarış təşkil olunacaq.

Yarış başlar-başlamaz trassda həyacanlı anlar yaşanıb. Belə ki, ilk dəqiqələrdə "Campos Vexatec Racing"dən komandasının italiyalı pilotu Luka Giottonun idarəetməni itirərək Azneft dairəsindəki döngədə təhlükəsizlik səddinə, sonra da "Four Seasons" otelinin qarşısındakı beton səddə çırpılıb.
Toqquşma nəticəsində bolidin bəzi hissələri qoparaq yola səpələnib. Pilot xəsarət almasa da yarışı erkən tərk edib.

Yarışın bitməsinə 15 dəqiqə qalmış isə daha bir qəza baş verib. Bu dəfə isə "Campos Vexatec Racing" komandasının digər ikinci pilotu, israilli Roy Nisaninin idarə etdiyi bolid də təhlükəsizlik divarına çırpılaraq sıradan çıxıb.

Onun ardınca isə BWT Arden" komandasının almaniyalı pilotu Maksimilian Günterin idarə etdiyi boliddə nasazlıq yarandığından o, şütüdüyü yerdə dayanmalı olub. Qeyd edək ki, dünən keçirilən sərbəst yürüşlər zamanı da Günterin bolidində nasazlıq yaranmışdı. Getdiyi yerdə tüstülənmiş maşını marşallar son anda yanmaqdan qurtarmışdılar. 

Xatırladaq ki, bu gün artıq 3 pilot yarışı erkən dayandırıb.

Qeyd edək ki, aprelin 27-də Bakıda 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran Prisi başlayıb.

Bu gün, həmçinin Formula 1 pilotlarının üçüncü sərbəst yürüşü və təsnifat mərhələsi keçiriləcək.

Sabah isə Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

 

 
 
 
 

 


loading...