Yuxarı
loading...
loading...

"Formula 1" yarışında ikinci sərbəst yürüşün qalibləri müəyyən olunub SİYAHI

27.04.2018 19:02 Oxunma sayı: 1603


Bu gün Bakıda "Formula 1" Azərbaycan Qran-Prisində pilotların ikinci sərbəst yürüşü baş tutub.

Sərbəst yürüşlərdə 10 komandadan 20 pilot iştirak edib.

"Mercedes" komandasının heyətində Lyuis Hemilton və Valtteri Bottas, "Ferrari"də Sebastian Fettel, Kimi Raykonnen, "Williams"ın heyətində Sergey Sirotkin və Lens Stroll yarışıblar. "Red Bull Racing" komandasında Daniel Rikkiardo, Maks Verstappen, "Force India"da Esteban Okon və Serxio Peres, "Renault"da isə Niko Hülkenberq ilə Karlos Sayns mübarizə aparıblar. Bundan başqa, "Toro Rosso"nun heyətində Brendon Hartli və Pyer Qasli, "Sauber"də Markus Eriksson, Şarl Lekler, "McLaren"də Fernando Alonso və Stoffel Vandorn yürüşdə iştirak ediblər. Pilotlar Romen Qrojan və Kevin Maqnussen isə "Haas" komandalarının idman şərəfini qoruyublar.

"Formula 1" bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə, bolidlər 51 dövrə (120 dəqiqə) vurublar.

Yarış zamanı heç bir ciddi qəza hadisəsi baş verməyib. Dövrələrin sonunda Avstriyanın “Red Bull” komandasının pilotu Daniel Rikkardo “Formula 1” üzrə Azərbaycan Qran-Prisində ikinci sərbəst yürüşdə ən yaxşı göstəriciyə imza atıb. Avstraliyalı pilot 1 saat 42 dəqiqə 51 saniyə göstərici ilə rəqiblərini qabaqlayıb.

İkinci nəticə (1.42.864) “Ferrari”dən Kimi Raykkonenə məxsusdur. Bu baxımdan, 1.42.911 göstərici ilə “Red Bull”un digər pilotu Maks Verstappen sıralamada üçüncü olub.

Qeyd edək ki, aprelin 28-də saat 14:00-15:00-da üçüncü sərbəst yürüş, 17:00-18:00-da isə sıralama turu olacaq.

Ertəsi gün saat 14:40-15:10-da pilotların trek paradı keçiriləcək. Saat 15:56-da Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləcək.

Saat 16:10-da isə “Formula-1” üzrə 2018-ci il Azərbaycan Qran-prisinə start veriləcək. Yarış 51 dövrə və ya 120 dəqiqəni əhatə edəcək.

Xatırladaq ki, Daniel Rikkardo 2017-ci il Azərbaycan Qran-Prisinin qalibidir.

 

 
 
 
 
 
 
 

 


loading...