Yuxarı
loading...
loading...

"Formula 2" yarışlarında təsnifat sessiyası başa çatıb - Qaliblərin siyahısı

27.04.2018 16:30 Oxunma sayı: 1586


Bakıda FIA Formula 2 sinfində avtoyürüşün təsnifat sessiyası başa çatıb

Yürüşdə 10 komandadan 20 pilot iştirak edib.

Yarışda “DAMS” komandasının tailandlı pilotu Aleksandr Albon 1:54:480 nəticə ilə hamını qabaqlayaraq birinci olub. İkinci yerdə finiş xəttinə 1:54:694 “Carlin” komandasından böyük britaniyalı Lando Noris çatıb. Üçüncü yeri 1:54:842 nəticə ilə ondan azca geri qalan “ART Grand Prix”dən böyük britaniyalı Corc Rassel tutub.

Formula bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə, bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Qeyd edək ki, Bakıda 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran Prisi başlayıb.

Aprelin 28-də Formula 1 sinfində üçüncü sərbəst yürüş və təsnifat mərhələsi, Formula 2-də isə birinci yarış keçiriləcək.

Üçüncü gün, aprelin 29-u Azərbaycan Qran Prisinin qalibi müəyyənləşəcək.


loading...