Yuxarı
loading...
loading...

"Formula 1" yarışının birinci sərbəst yürüşünün qalibləri - FOTOLAR

27.04.2018 16:40 Oxunma sayı: 1599


"2018 Formula 1" Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşü başa çatıb. Yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb.

"Mercedes" komandasının heyətində Luis Hamilton və Valtteri Bottas, "Ferrari"də Sebastian Fettel, Kimi Raykonnen, "Williams"ın heyətində Sergey Sirotkon və Lans Stroll yarışırlar. "Red Bull Racing" komandasında Daniel Rikkiardo, Maks Verstappen, "Force India"da Eseteban Okon və Sergio Peres, "Renault"da isə Niko Hulkenberq ilə Karlos Sainz mübarizə aparırlar.

Bundan başqa, "Toro Rosso"nun heyətində Brendon Hartli və Pyer Qasli, "Sauber"də Markus Eriksson, Çarles Lekler, "McLaren"də Fernando Alonso və Stoffel Vandurn yürüşdə iştirak edirlər. Pilotlar Roman Qrojan və Kevin Maqnussen isə "Haas" komandalarının idman şərəfini qoruyublar.

Yarış əsnasında Maks Verstappenin bolidi qəza törədərək, trassdan evakuasiya olunub. Gərgin mübarizənin sonunda "Mercedes" komandasının pilotu Valtteri Bottas birinci, "Red Bull Racing" komandasında Daniel Rikkiardo ikinci, "Force India"da Sergio Peres üçüncü ən yaxşı nəticəni göstərib.

Qeyd edək ki, ikinci sərbəst yürüşə saat 17:00-da start veriləcək.

Aprelin 28-də pilotların düzülüşünü müəyyən edəcək yarış keçiriləcək. Aprelin 29-da isə Formula 1 azarkeşləri Azərbaycan Qran Prisində qalib adı uğrunda mübarizənin şahidi olacaqlar.

Əli Rais, musavat.com

 

 


loading...