Yuxarı
loading...
loading...

Formula 1 yarışında ilk qəza: bolid trassdan çıxarıldı - Fotolar

27.04.2018 14:01 Oxunma sayı: 2345


 

Formula 1 üzrə Azərbaycan Qran Prisində ilk qəza baş verib. 

Birinci sərbəst yürüş zamanı “Red Bull” komandasının pilotu Maks Verstappenin idarə etdiyi bolid beton səddə çırpılıb və sol qabaq təkərində problem yaranıb. Qəza baş verdikdən sonra bolid işlək vəziyyətə qayıtmadığından, trassdan xüsusi texnika vasitəsilə evakuasiya olunub. 

Onu da qeyd edək ki, qəza baş verən zaman Verstappen ikinci yerdə qərarlaşmışdı. 


loading...