Yuxarı
loading...
loading...

Formula 1 yarışının sərbəst yürüşünə start verildi Fotolar

27.04.2018 13:13 Oxunma sayı: 1484


Bu gün saat 13:00-da 2018 Formula 1 Azərbaycan Qran Prisinin birinci sərbəst yürüşü başlayıb. Yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb.

"Mercedes" komandasının heyətində Luis Hamilton və Valtteri Bottas, "Ferrari"də Sebastian Fettel, Kimi Raykonnen, "Williams"ın heyətində Sergey Sirotkon və Lans Stroll yarışırlar. "Red Bull Racing" komandasında Daniel Rikkiardo, Maks Ferstappen, "Force India"da Eseteban Okon və Serxio Peres, "Renault"da isə Niko Hulkenberq ilə Karlos Sainz mübarizə aparırlar. Bundan başqa, "Toro Rosso"nun heyətində Brendon Hartli və Pyer Qasli, "Sauber"də Markus Eriksson, Çarles Lekler, "McLaren"də Fernando Alonso və Stoffel Vandurn yürüşdə iştirak edirlər. Pilotlar Roman Qrojan və Kevin Maqnussen isə "Haas" komandalarının idman şərəfini qoruyurlar.

Yürüş iştirakçıları 1,5 saat ərzində 6 kilometrlik Bakı trekində yarışacaqlar. İkinci sərbəst yürüşə saat 17:00-da start veriləcək.

Aprelin 28-də pilotların düzülüşünü müəyyən edəcək yarış keçiriləcək. Aprelin 29-da isə Formula 1 azarkeşləri Azərbaycan Qran Prisində qalib adı uğrunda mübarizənin şahidi olacaqlar.
Əli Rais, musavat.com

 
 
 

 


loading...