Yuxarı
loading...
loading...

Məşhur klubların gəlirləri – Milyonlar...

24.04.2018 16:58 Oxunma sayı: 1454


Futbol klubları üçün maliyyə böyük rol oynayır. Komandanın büdcəsi də müxtəlif yollarla formalaşır.

Bu yollardan biri də, komandanın forması üzərində böyük şirkətlərin adının yerləşdirilməsidir. Bu cür sponsorluqlar həm də komandaların imicini formalaşdırır.

Böyük klubların sponsor qiymətləri də milyonlardan xəbər verir. Məsələn, “PSJ” formasını “Nike” şirkəti istehsal edir. Bu “Nike” şirkətinə illik 21 milyon avro başa gəlib. Formanın sponsor isə “Fly Emirates”dir. Onlar da “PSJ”-ə 23 milyon avro ödəyiblər.

“Milan” futbol komandasının formaları 21 milyon avro qarşılığında “Adidas” logotipi daşıyır. “Fly Emirates” forma reklamı üçün 26 milyon avro ödəyir.

“Adidas” digər bir İtaliya əfsanəsi “Juventus”a 22 milyon avro ödəyir. “Jeep” isə 26 milyon avro qarşılığında şirkətin adını “Juve” forması üzərində əks etdirib.

“Liverpul”un forması ona illik 59 milyon avro qazandırıb. Bu vəsaitin 27 milyonu forma markası “Warrior”-dan, 32 milyonu isə “Standart Chartered”-dən gəlir.

“Çelsi” “Nike” və “Yokohama Tryes”-ın hər birindən ayrılıqda 66 milyon avro qazanır.

“Fly  Emirates” ən yüksək ödənişi isə “Arsenal” və “Real Madrid”-ə edir: müvafiq olaraq 39 milyon və 40 milyon avro.

“Adidas” isə forma üzərində loqotipə görə ən çox pulu “Mançester Yunayted”-ə ödəyir: 83 milyon avro

Tarixin ən böyük forma sponsorluğu müqaviləsinə isə “Nike” və “Barcelona” imza atıb. Bu il bağlanılan müqaviləyə əsasən, şirkət “Barca”-ya illik 155 milyon olmaqla, 10 ilə 1 milyard 550 milyon avro verəcək.


loading...