Yuxarı
loading...
loading...

Azərbaycan prezidenti Türkiyəyə səfər edəcək

23.04.2018 22:50 Oxunma sayı: 1347


Azərbaycan prezidenti İlham Əliyev aprelin 24-25-də Türkiyəyə səfər edəcək.
 
Bu barədə Türkiyə prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
 
Prezident İlham Əliyevin VII Türkiyə- Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəyi, həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcəyi bildirilir.
 
Səfər çərçivəsində iki ölkə arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.

loading...