Yuxarı
loading...
loading...

Türkiyə Gürcüstandakı Marneuli aerodromunu yeniləyəcək

23.04.2018 23:25 Oxunma sayı: 1415


Türkiyə Gürcüstandakı Marneuli hərbi aerodromunun modernləşdirilməsində iştirak edəcək.

Bu məqsədlə Türkiyə hökuməti Gürcüstana 5,5 mln. türk lirəsi (1,3 mln. dollar) ayırıb. Vəsaitin bir hissəsi aerodromun yenilənməsi, digər hissəsi və əvvəlki illərdə istifadə olunmamış 3,88 mln. dolları isə hərbi mühəndis məktəbinin yaradılmasına yönəldiləcək.

Türkiyə həmçinin Marneuli aerodromunu müdafiə avadanlıqları ilə də təmin edəcək.

Qeyd edək ki, 2008-ci ilin avqust müharibəsi zamanı Gürcüstan tərəfi Rusiyanın Marneuli aerodromunu bombalaması barədə məlumatlar yaymışdı.


loading...