Yuxarı
loading...
loading...

Boşanan müğənnimiz özünə kişi axtarır: “Belə biri olsun” – FOTO

23.04.2018 16:13 Oxunma sayı: 1217


Ötən il boşanan “Eurovision 2014” təmsilçimiz Dilarə Kazımova yenidən ailə qurmaq niyyətindədir.

“Atv maqazin onlarla” ya açıqlama verən ifaçı bildirib ki, yenidən sevib-sevilmək arzusundadır: “Çox xoşbəxtəm. Hazırda sevgilim yoxdur. 2017-ci ildə boşandım deyə arada yaranan fasilə normaldır, olmalıdır.

Çünki bir az özünə gəlməlidir. Amma artıq bahar gəlir. Yenidən niyə sevməyim? Mənə əlbəttə elə bir kişi lazımdır ki, sənətimi dəstəkləsin, mənim işimi sevsin”.

Qeyd edək ki, D.Kazımova Türkiyə vətəndaşı olan Mərd Aslanla ailə qurub. Cütlük 2017-ci ildə ayrılıb. Dilarə ötən ilin sonunda hələ rəsmi boşanmadıqlarını demişdi.


loading...