Yuxarı
loading...
loading...

Diktator katibinin oğlu prezident oldu

23.04.2018 14:24 Oxunma sayı: 1208


Paraqvayda aprelin 22-də keçirilmiş prezident seçkisinin ilkin nəticələri açıqlanıb. Dövlət başçısı postuna hakim Kolorado Partiyasının namizədi Mario Abdo Benites gəlir. O, 2015-2016-cı illərdə Paraqvay Senatının sədri postunu tutub.

İlkin nəticələri açıqlayan Ali Seçki Məhkəməsi Mario Abdo Benitesin 46,6% səs topladığını açıqlayıb.

Mario Abdo Benites Paraqvaya 1954-1989-cu illərdə rəhbərlik etmiş diktator Alfredo Stessnerin katibinin oğludur.

Yeni seçilmiş prezident vəzifəsinin icrasına avqust ayında icra edəcək.


loading...