Yuxarı
loading...
loading...

Salah ilin futbolçusu oldu

23.04.2018 13:55 Oxunma sayı: 1500


"Liverpul" klubunun yarımmüdafiəçisi Məhəmməd Salah İngiltərə Peşəkar Futbolçular Assosiasiyasının (PFA) versiyası üzrə Premyer Liqada cari mövsümün yekunu üzrə ən yaxşı oyunçu seçilib.

Misirli futbolçu cari turnirdə 33 oyunda 31 qol vurub və 9 məhsuldar ötürmə edib.

Fəxri mükafata Kevin De Bröyne ("Mançester Siti"), David de Xea ("Mançester Yunayted"), Harri Keyn ("Tottenhem Hotspur"), Leroy Sane ("Mançester Siti") və David Silva ("Mançester Siti") də iddia edib.


loading...