Yuxarı
loading...
loading...

İtaliya çempionatının lideri məğlub oldu -

23.04.2018 11:50 Oxunma sayı: 1464


Futbol üzrə İtaliya çempionatının 34-cü turunda "Yuventus" öz meydanında "Napoli"ni qəbul edib.

Oyunun taleyini bir qol həll edib. Kulibalinin 90-cı dəqiqədə başla vurduğu yeganə qol sayəsində "Napoli" 3 xal qazanıb..

Bu qələbə sayəsində neapollular turinlilərlə xal fərqini 1-ə endirib. Hazırda Maurisio Sarrinin yetirmələrinin aktivində 84 xal var. Turnir cədvəlinə 85 xalla Massimiliano Alleqrinin komandası liderlik edir. Çempionatın sonuna 4 tur qalıb.


loading...