Yuxarı
loading...
loading...

Maykl Ceksonun ayaqqabıları satılacaq

22.04.2018 23:52 Oxunma sayı: 2415


Pop musiqinin kralı Maykl Ceksonun məşhur rəqs hərəkətlərini ifa etdiyi ayaqqabıları ABŞ-ın Kaliforniya ştatında hərracda satılacaq.

 RİA Novosti- xəbər verir ki, bu barədə hərrac evindən məlumat verilib:

“Bu, onun səhnədə ilk ifa etdiyi məşhur rəqsi zamanı geyindiyi ayaqqabısıdır”.

Ayaqqabının birində “Michael #2” qeyd edilib. Məşhur musiqiçinin ayaqqabıları daha əvvəl satışa çıxarılmayıb.

Ayaqqabının ilkin satış qiyməti 5 min dollardır.


loading...