Yuxarı
loading...
loading...

"Quska"nı Türkiyədə tutub, Bakıya gətirdilər - günün sensasiyası

22.04.2018 23:19 Oxunma sayı: 2451


Azərbaycandan qaçan Hüseyn Abdullayev cinayətlərinə görə cavab verəcək

 

Bir neçə ildir ki, Almaniyada yaşayan keçmiş deputat və biznesmen, “Quska” ləqəbli Hüseyn Abdullayev həbs edilərək Azərbaycana gətirilib.

Məlumata görə, Azərbaycanda vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilən Abdullayev ötən gün Türkiyədə olarkən saxlanılıb. O, bu gün təyyarə ilə Azərbaycana gətirilib və istintaqa təhvil verilib.

Xatırladaq ki, H. Abdullayev bir neçə ildir ki Almaniyada siyasi sığınacaq almışdı və orada yaşayırdı.

***

Bu məlumat yayılandan sonra, özəl mənbələrdən musavat.com belə bir dəqiqləşdirilməmiş  məlumat aldı  ki, H. Abdullayevin saxlanaraq, Bakıya gətirilməsi əməliyyatını Azərbaycan DİN həyata keçirdib.

Arestantın saxlanma yeri və şəraiti, istintaq hərəkətləri barədə məlumat ala bilmədik.


loading...