Yuxarı
loading...
loading...

Zinada suçlanan qadınlara işgəncə zamanı şok olay... - VİDEO

21.04.2018 16:36 Oxunma sayı: 1445


İndoneziyanın şəriətlə idarə edilən Açe əyalətində zina və fahişəlikdə günahlandırılan 5-i qadın olan 8 nəfərə qırmanc cəzası verilib.

Cəza dünən şəhərin mərkəzi meydanında icra edilib. İşgəncəni seyr etmək istəyənlər kütləvi basabas yaratdığına görə əsgərlər yardıma çağırılıb.

Qırmanc cəzası alan qadınlardan biri beşininci zərbədən sonra huşunu itirib. Ağrılara dözə bilməyən qadına su verilərək özünə gətirilib, sonra yenidən qırmanclanıb.

İşgəncəyə tamaşa etmək üçün ən qabaqda dayanmış qadınlar isə böyük həvəs və həyəcanla şəkil çəkmək yarışına giriblər.

 

loading...