Yuxarı
loading...
loading...

Türkiyə ABŞ-dan 220 tonluq qızılını çıxartdı

20.04.2018 18:18 Oxunma sayı: 1166


Türkiyə Mərkəzi Bankı ABŞ-ın Federal Ehtiyat Sistemindən öz qızıl ehtiyatını çıxarıb.

Bu barədə bankın illik hesabat sənədində qeyd olunub.

Sənəddə qeyd olunur ki, 2016-cı ilin sonunaFederal Ehtiyat Sistemində saxlanılan Türkiyənin Mərkəzi Bankının qızıl rezervləri 28,689 ton təşkil etsə də, 2017-ci il göstəricilərində bu rəqəm sıfıra bərabər olub.

Qardaş ölkədə bir sıra özəl banklar da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın valyuta məzənnəsinin təzyiqindən azad olmaq və dollara qarşı qızıldan istifadə etmək çağırışına əməl edərək rezervlərini xaricdən çıxarıb. “Xalq Bankı” xaricdən 29 ton qızıl rezervini köçürüb. Ümumilikdə ölkəyə xaricdən 220 ton qızıl rezervinin qaytarıldığı bildirilib.


loading...