Yuxarı
loading...
loading...

İraq Suriyanı bombaladı

20.04.2018 13:55 Oxunma sayı: 1325


İraq Hərbi Hava Qüvvələri Suriyada İŞİD yaraqlılarına aid mövqeləri bombalayıb.

Bunu İraq müdafiə nazirliyinin rəsmisi Tahsin əl-Həfəci “RİA Novosti”yə verdiyi açıqlamada bildirib.

“Hava zərbələri dəqiq olub və Suriya ərazisində Fərat çayının şərq sahilində olan rayonlara cəmləşmiş İŞİD yaraqlılarını və onların komanda məntəqəsini məhv edib.”, – deyə rəsmi bildirib.

Onun sözlərinə görə, hava reydləri Rusiya, İran və Suriyanın daxil olduğu birgə təhlükəsizlik mərkəzi ilə əlaqələndirilib.

Terrorçuların fəaliyyətinin monitorinqini aparan “Directorate 4” təşkilatının “Telegram” kanalına görə, əməliyyata İraq HHQ-nin 9-cu eskadrilyasının “F-161Q” qırıcıları cəlb olunub.


loading...