Yuxarı
loading...
loading...

Gömrük Komitəsi ləğv olunur? - Qurumdan açıqlama

18.04.2018 12:16 Oxunma sayı: 1250


Dövlət Gömrük Komitəsi (DGK) bu gün bəzi elektron kütləvi informasiya vasitələrində Komitənin ləğv ediləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
 
Komitədən verilən məlumata görə, bu gün bəzi elektron kütləvi informasiya vasitələrində DGK-nin ləğv edilməsi ilə bağlı məlumatlar yayılıb.
 
Qurumdan bildirilib ki, cari il yanvarın 19-da "2017-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev bununla bağlı media nümayəndələri tərəfindən ünvanlanan suala ətraflı cavab verib:
 
"Gömrük işçiləri xalqın və hökumətin əsgəridir. Harada desələr, orada da fəaliyyət göstərəcəyik”.

loading...