Yuxarı
loading...
loading...

Bakıya Avropanın 400-dən çox şirkətinin nümayəndəsi gələcək

18.04.2018 12:54 Oxunma sayı: 1399


Bakıda keçiriləcək Azərbayacan-Avropa İttifaqı (Aİ) biznes forumunda Avropanın 400-dən çox şirkətinin nümayəndəsinin iştirakı planlaşdırılır.
 

Bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.
K.Yankauskas bildirib ki, biznes forum iyun ayının əvvəllərində keçiriləcək:
"Azərbaycan ciddi iqtisadi islahatların icra olunması prosesindədir. Bu, ölkəyə rəqabətqabiliyyətliliyi artırmaq və iqtisadi sabitliyi gücləndirməyə imkan verəcək. Aİ həm bunda, həm də əməkdaşlığın möhkəmlənməsində maraqlıdır. Hazırda Azərbaycan və Aİ yeni tərəfdaşlıq sazişi üzərində işləyir. Bundan başqa, iyunun əvvəlində Bakıda böyük biznes forumun keçirilməsi planlaşdırılır".


loading...