Yuxarı
loading...
loading...

Aparıcı Vüsalə eks-ərindən GÖRÜN NƏLƏR DEDİ...

17.04.2018 16:12 Oxunma sayı: 1470


Aparıcı Vüsalə Əlizadə keçmiş həyat yoldaşı Azər İsmayılovun onun və qızı Diləyin şəkillərinin sosial şəbəkədə paylaşmasının məqsədlərini açıqlayıb.

 V.Əlizadə ad çəkməsə də, instaqram hesabında Azər Zahidlə barışması xəbərlərinə aydınlıq gətirib:

“İnsanlar sevdikləri şeyləri məhv etməyə, məhv etdikləri şeyləri yenidən sevməyə meyillidirlər. Amma çox vaxt unudurlar ki, "daldan atılan daş topuğa dəyər". Hər kəsə hörmətlə yanaşıram və bu, hər zaman belə olub. Kiməsə deyiləcək sözüm olanda onu şəxsən özünə çatdıracaq qədər cəsur qadınam. Saman altından su yeridib, yersiz mesajlar göndərmək mənlik deyil və reklamlı şəkildə oyun oynamağı da şərəfimə sığışdırmıram. Xahiş edirəm, bu fikrimi beynimə belə yaxın buraxmadığım mövzulara yozmayasınız”.

Xatırladaq ki, Azər Zahid bir neçə gün əvvəl keçmiş həyat yoldaşı Vüsalənin şəklini instaqramda paylaşaraq qızının anası ilə münasibətlərinin normal olduğunu bildirmişdi. Lakin aparıcının instaqram hesabında Vüsalə Əlizadə ilə qızının körpəlik şəkillərini paylaşması və bütün paylaşımlarının sonuna yeni xəbər səhifəsini qeyd etməsinin reklam məqsədi daşıdığı iddia olunur.

Qeyd edək ki, Azər və Vüsalə 2013-cü ildə boşanıb. Cütlüyün Dilək adlı bir qız övladı var. Azər 2016-cı ildə ikinci dəfə ailə qurub.

Aparıcı Vüsalə eks-ərindən GÖRÜN NƏLƏR DEDİ: “Şərəfimə sığışdırmıram...” - FOTO


loading...