Yuxarı
loading...
loading...

Türkiyədə azərbaycanlı qadın öldürüldü

17.04.2018 16:45 Oxunma sayı: 1271


Türkiyədə əslən azərbaycanlı olduğu iddia edilən qadının cəsədi tapılıb.

Hadisə bu gün Hürriyyət məhəlləsində baş verib. Uzun müddətdir həmin ərazidə yaşadığı deyilən qadının əslən azərbaycanlı olan Türkay İsayeva olduğu bildirilib. Qadının meyiti səhər saatlarında qonşuları tərəfindən aşkarlanıb. Hadisə yerinə gələn polislər qadının meyitini ekspertizaya göndəriblər.

İlkin ehtimallara görə, qadın öz evində döyülərək qətlə yetirilib.

Qadının meyiti ekspertiza üçün Pamukkale Universitet Xəstəxanasına göndərilib.

Qadının evinə son olaraq kimlərin gəlib-getdiyini müəyyənləşdirmək məqsədilə təhlükəsizlik kameralarına baxış keçirilib. Son olaraq onunla ünsiyyətdə olan hər kəs polisə ifadə verməyə çağrılıb.

Qonşular isə qadının naməlum şəxslər tərəfindən döyüldüyünü iddia edir.

Türkay İsayevanın 7 yaşlı oğlu və 11 aylıq qız övladı olub.

Faktla bağlı cinayət işi açılıb.


loading...