Yuxarı
loading...
loading...

Gənc yazar Fuad Poladovu yaltaq adlandırdı

17.04.2018 15:17 Oxunma sayı: 1500


Tez-tez atmacaları ilə gündəmə gələn gənc yazar Kəramət Böyükçöl yenə özündən bəhs etdirməyi bacarıb.

Gənc yazar facebook hesabında bu dəfə Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, Azərbaycan SSR-nin xalq artisti Fuad Poladova sataşıb.

K.Böyükçöl deyib ki, onun heç vaxt sevə bilmədiyi adamlardan biri də Fuad Poladovdur: “Bir aktyor kimi də, şəxsiyyət kimi də mənə olduqca süni, Çin malı təsir bağışlayır.

Səhər-səhər feysdə qarşıma bir şəkli çıxdı, üzünə xeyli baxdım, bir daha əmin oldum ki, fikrimdə yanılmıram. Məsələn, deyirlər ki, Fuad Poladovun Vəfa adı bir sevgilisi olub. Deyəsən, Vəfa ölüb. Ya sağdır, bilmirəm. Nəysə… Aradan illər keçib, deyirlər, yanında Vəfa adı çəkəndə, o qadın haqqında nəsə deyəndə Fuad durub adamın üstünə cumur.

Hətta bir jurnalistin üstünə cumub. Bax, sünilik budur. Axı 1 ilə, 2 ilə, uzağı 3 ilə dəli kimi sevdiyin qadın belə unudulub gedir və hər şey yadında lətifə kimi qalır, onunla bağlı ən kədərli xatirələri belə yada salıb gülməyə başlayırsan. Sevginin xüsusiyyəti budur. Bəs Fuad, sən nə aktyorluq edirsən? Məncə, Fuad heç kimə yaltaqlanmayıb.

Yəni, ən azı adı belə çıxıb. Amma hiss edirsən ki, yaltaqlanmamaq onun təbii halı deyil, sadəcə, özünü güclə saxlayıb. Fuad Poladovun hərəkət və davranışları, xarakteri üzərində çox analizlər aparmaq olar və məlum olar ki, bu insanın rol oynamadığı yeganə yer teatrdır”.


loading...