Yuxarı
loading...
loading...

50 yaşlı qadın ağacla evləndi

17.04.2018 15:57 Oxunma sayı: 1405


ABŞ-ın Florida ştatında yaşayan Karen Kuper 100 yaşında olan bir ağacın kəsilmək təhlükəsi altında olmasından sonra bu addımı atıb.

O, ağacın yerləşdiyi “Snell Family” parkını bəzəyib, 50 nəfərin dəvət edildiyi toy mərasimində evlənib. Parkdakı ağac üçün sakinlərdən dəstək gözləyən Kuper “əgər ağac kəsilərsə, dul qalaram”- deyib.

Bir neçə il bundan öncə Perudan olan fəal Riçard Torres dətəbiətin qorunmasına diqqət çəkmək məqsədilə ağacla evlənmişdi.

Eyni zamanda Meksikada da bəzi qadınlar ekoloji problemlərə diqqət çəkmək üçün ağaclarla evlənirlər.

İngiltərədə isə Emma McCabe adlı qadın “Tim” adını verdiyi ağaca aşiq olduğunu demişdi. Tibdə “dendrofiliya” adlandırılan bu xəstəlik ağaclara qarşı cinsi istək və sevgi duymaq mənasını verir.

 

 


loading...