Yuxarı
loading...
loading...

19 kəndi birləşdirən yol ilk dəfə təmir edilir

17.04.2018 13:42 Oxunma sayı: 1487


Neftçalanın 19 kəndini əhatə edən 47 km-lik yol yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Xolqaraqaşlı marşrutu üzrə 47 km uzunluğunda avtomobil yolunun yenidən qurulmasına start verilib.

Yol uzun müddət istismar olunmasına baxmayaraq, heç vaxt əsaslı şəkildə təmir edilməyib. Neftçala-Xolqaraqaşlı yolu 4-cü texniki dərəcəyə uyğun bərpa edilir. Bunun üçün yolun deformasiyaya uğramış hissələri 200 min kub metr sahədə qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək yolun profilə salınması işləri görülür. Asfaltlanma işləri 280 min kv/m sahəni əhatə edəcək.

Artıq yola 378 paqon-metr müxtəlif diametrli suötürücü dəmir-beton boruların quraşdırılması, başlıqlarının dəmir-betonla tikilməsi və izolyasiyası işləri aparılıb.


loading...