Yuxarı
loading...
loading...

"MediStyle Hospital"da əməliyyat olunan həkim komaya düşərək öldü

17.04.2018 14:42 Oxunma sayı: 1530


Bakıda həkim əməliyyatdan sonra vəfat edib.
 
 Bakı şəhərində yerləşən 25 saylı şəhər poliklinikasının həkim-otorinqoloqu Əziz Bayramlı aprel ayının 14-də dünyasını dəyişib.
 
Belə ki, 63 yaşlı Ə.Bayramlı ötən həftə Bakıda yerləşən "MediStyle Hospital"da bud-canağ oynağının endoprotezləşmə əməliyyatı keçirib. O, cərrahi əməliyyatdan sonra ayılıb, hətta ayağa da qalxıb. Lakin əməliyyatdan 3 gün sonra komaya düşüb. Yaxınları koma vəziyyətində olan xəstəni "MediStyle Hospital"da saxlamağa maddi gücü çatmadığı üçün onu Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirib. Ə.Bayramlı həmin xəstəxanada vəfat edib.
 
Faktla bağlı araşdırma aparılır.

loading...