Yuxarı
loading...
loading...

Azərbaycan nefti bahalaşdı

17.04.2018 09:53 Oxunma sayı: 1275


CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 74,47 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 1,1 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
 
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 73,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,12 dollar/barel çoxdur.
 
Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 69,19 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,2 dollar/barel çoxdur.
 
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 72,71 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,25 dollar/barel çoxdur.

loading...