Yuxarı
loading...
loading...

Şahzadə Harri aktirsa ilə toy tortunu paylayacaq

16.04.2018 20:14 Oxunma sayı: 1385


Britaniya şahzadəsi Harri və nişanlısı aktrisa Meqan Markl toy tortlarını bir neçə min hissəyə bölüb hədiyyə olaraq kiçik qutularda paylamaq barədə qərar qəbul edib.

Onlar belə bir qərarı toylarına dəstək olmuş şəxslərə təşəkkür ifadə etmək üçün qəbul ediblər.

Tortu sifariş alaraq bişirəcək aşbaz Kler Ptak bildirib ki, limonlu tort baharı simvolizə edən çiçəklərlə bəzdiləcək.

Qeyd edək ki, şahzadaə Harrinin aktrisa ilə toyu mayın 19-a təyin olunub.


loading...