Yuxarı
loading...
loading...

İranda banklardan kənarda valyuta dəyişdirilməsinə qadağa qoyuldu

16.04.2018 16:54 Oxunma sayı: 1282


İranda bank sistemindən kənarda valyuta dəyişdirilməsi qadağan olunub.
 
Bu qərarı İran Mərkəzi Bankının sədr müavini Əhməd Arakçı açıqlayıb.
 
Qəbul edilən qərarın bazarda sabitlik yaradacağını deyən Arakçı, bunun iqtisadiyyatın şəffaflığına, investisiya çıxışına və qaçaqçılıqla mübarizəyə müsbət təsir göstərəcəyini bildirib.
 
O, 10 min avrosu olanların və bu dəyərdə valyuta ehtiyatına sahib olanların pullarını banka qoymaq məcburiyyətində olduqlarını da diqqətə çatdırıb.

loading...