Yuxarı
loading...
loading...

Deputatın ölümündə şübhə: Araşdırma başladı

16.04.2018 14:54 Oxunma sayı: 1259


Deputat Astan Şahverdiyevin Qusar rayonunda vəfat etməsi ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Bu barədə Baş Prokurorluqdan  sorğusuna cavabda məlumat verilib.

Nəlumatda deyilir ki, Astan Şahverdiyevin yüksək dozalı həbdən (Viaqra) istifadə etdiyi üçün dünyasını dəyişməsi barədə sosial şəbəkədə yayılan məlumatlarla bağlı Respublika Prokurorluğunda araşdırma başlanıb.

Yayılan məlumatlarla bağlı prokurorluğun günün ikinci yarısında açıqlama yayacağı gözlənilir.

Astan Şahverdiyev aprelin 16-də Qusar rayonunda yerləşən "Chateau” otelində ürək tutmasından ölüb.

Dərhal hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Araşdırma aparılıb.


loading...