Yuxarı
loading...
loading...

Amerikalı vəkil planetin gələcəyi üçün özünü yandırdı – FOTO

16.04.2018 13:40 Oxunma sayı: 1496


Amerikalı vəkil ətraf mühitin çirklənməsinə diqqətin cəlb edilməsi üçün özünü yandırıb.

Bu barədə BBS News məlumat yayıb.

60 yaşlı Devid Bakel Nyu-Yorkda Prospekt-parkda aksiya keçirib. Onun həyatını xilas etmək mümkün olmayıb.

Devid intiharının səbəbini qoyduğu məktubda izah edib. O məktubunu bir neçə təşkilata elektron poçt vasitəsi ilə göndərib.

Bakelin sözlərinə əsasən, o, üzərinə “təbii yanacaq” töküb ki, insanların ekologiyanın qeydinə qalmadıqları zaman nə baş verdiyini göstərsin:

“Çikrlənmə bizim planeti məhv edir, yaşadığımız mühitə hava, torpaq, su və yağıntılar  vasitəsi ilə daxil olur”.


loading...