Yuxarı
loading...
loading...

Bayraq dirəyi üçün qazdılar qədim kurqan tapıldı - Video

16.04.2018 11:54 Oxunma sayı: 1874


Cəlilabadda orta əsrlərə aid olduğu güman edilən kurqan aşkar olunub. İnsan sümükləri və digər əşyaların tapıldığı yerdə indiyə kimi arxeoloji tədqiqatlar aparılmayıb. Artıq tapıntı ilə bağlı Milli Elmlər Akademiyasının Arxeolojiya və Etnoqrafiya İnstitutuna məlumat verilib.

Kurqan bayraq dirəyi basdırılması üçün qazıntı işləri aparılarkən aşkar olunub.

Cəlilabadin Şıxlar kəndindəki ərazidəki qəbirin xüsusi ölçülü qırmızı kərpic parçaları ilə əhtə olunduğundan buranın qədim kurqan olduğu ehtimal edilir.

Kənddəki Kiçik təpəcik ərazi uzun müddətdən bəri tarixçilərin diqqətini cəlb etsə də, burada indiyə kimi arxeoloji tədqiqatlar aparılmayıb. Tarixçi Ələsgər Mirzəzadənin sözlərinə görə, burada qazıntı işləri aparılarsa, kurqan abidəsi ilə bağlı daha müfəssəl məlumatlar əldə etmək olar.

Tarixi mənbələrdə məlumdur ki, bu kimi qəbir abidələri yüksək nüfuza malik olan şəxslər üçün ucaldılırmış.


loading...