Yuxarı
loading...
loading...

Nalçikdə bazarda güclü yanğın olub

16.04.2018 11:27 Oxunma sayı: 1555


Bu gün səhər saatlarında Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının Nalçik şəhərindəki bazarda güclü yanğın baş verib.

 2 min kv.m sahəni əhatə edən yanğın artıq ikinci ticarət pavilyonuna keçib.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin 75 əməkdaşı, 13 texnikası çalışır.

Xəsarət alanların olmadığı bildirilir.


loading...