Yuxarı
loading...
loading...

Türkiyə donanması keçmiş Antanta dövlətlərinə qarşı HƏRƏKƏTƏ KEÇDİ

16.04.2018 11:57 Oxunma sayı: 1274


Türkiyə Dəniz Donanması Bəşər Əsədin Suriyadakı hücumlarına qarşılıq vermək bəhanəsilə Aralıq dənizinin şərqinə yerləşməyə çalışan ABŞ, İngiltərə və Fransa donanması, həmçinin təxribatlarını artıranYunanıstana qarşı əhəmiyyətli bir addım atıb.

Türkiyə 2 sualtı və 12 müharibə gəmisini bölgəyə göndərib, dənizdəki aktivlik 7 gün, 24 saat nəzarətə alınıb.

Aprel ayı ərzində 27 müharibə gəmisi ilə Qara dənizdə “Dəniz Ulduzu -2018” təlimlərini icra edən donanma eyni zamanda, Ege və Aralıq dənizində 14 müharibə gəmisi ilə təlim üçün səfərə çıxıb. Donanma həm də NATO-nun Atlantik və Hind okeanında, Şimal dənizində keçirdiyi təlimlərə və qatıldığı hərbi əməliyyatlara da yaxından kömək edir.


loading...