Yuxarı
loading...
loading...

Şamaxıya güclü qar yağıb – FOTO

15.04.2018 23:05 Oxunma sayı: 1399


Şamaxı rayonunda iki gündür davam edən güclü leysan yağışları bu gün sulu qar, günün ikinci yarısından etibarən isə qarla əvəzlənib.

Yağıntı ən çox rayonun dağlıq ərazilərinə düşüb.

Pirbəhli, Qızmeydan, Dəmirçi, Zarat və Ərçiman dağ kəndlərində qarın qalınlığı 10-20 sm təşkil edib.

Qarın yağması nəticəsində yeni çiçəkləməkdə olan meyvə ağaclarını şaxta vurub.

Qeyri-sabit hava şəraiti avtomobil yollarına təsir etməyib. Şamaxı-Pirqulu, Şamaxı-İsmayıllı, Şamaxı-Ağsu və Şamaxı-Bakı yolu işlək vəziyyətdədir.


loading...