Yuxarı
loading...
loading...

3 yaşlı uşaq maşında alışqanı götürdü və... Dəhşətli olay

15.04.2018 22:36 Oxunma sayı: 1241


Türkiyədə nəzarətsiz qalan 3 yaşlı uşaq yanğın törədib.

Türkiyə mətbuatı xəbər verir ki, hadisə Aydın bölgəsində baş verib. Atasının maşınında alışqanla oynayan azyaşlı bir anda alovlar içində qalıb. Hadisə nəticəsində uşaq ciddi yanıq xəsarətləri alıb.

Vaxtında yetişən atası uşağı ölümdən xilas edib.

Bədəninin 1/3 bir hissəsinə 2-ci dərəcəli yanıq diaqnozu qoyulan uşaq müalicə üçün İstanbuldakı yanıq mərkəzinə göndərilib.


loading...