Yuxarı
loading...
loading...

Azərbaycan gimnastı Avropa çempionu oldu

15.04.2018 18:31 Oxunma sayı: 1388


Milli Gimnastika Arenasında keçirilən batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatında Azərbaycan millisinin üzvü Mixail Malkin qızıl medal qazanıb.

Tamblinq yarışında 77,400 bal toplayan idmançı bütün rəqiblərini qabaqlayaraq Avropa çempionu olub.

İkinci yerdə danimarkalı Adam Mathiesen, üçüncü yerdə isə rusiyalı Vadim Afanasyev qərarlaşıblar.


loading...